BAKI, 17 sentyabr. TELEQRAF
Tacikistanın Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasını nəzərdə tutan qanun layihəsi ölkə parlamentinin aşağı palatasına təqdim edilib.
Bu barədə Teleqraf Tacikistan mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, 2025-ci ildə Avropa İttifaqı Tacikistanı BCM-nin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı orderini icra etməməkdə ittiham edib.