BAKI, 17 sentyabr. TELEQRAF

Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2026-ci ilin payız sessiyasının iş planına məsələ daxil edilib.

"Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusuna dair ictimai dinləmə keçiriləcək.