BAKI, 17 sentyabr. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana yeni təyin olunmuş səfir Giorgi Zakaraşvili ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsində səfirin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Giorgi Zakaraşvili oktyabrın 1-dən Gürcüstanın Azərbaycandakı səfiri kimi fəaliyyətə başlayacaq.

O, 2021-ci ildən Ukraynada Gürcüstanın səfiri və GUAM-da daimi nümayəndəsi vəzifəsində çalışıb.