BAKI, 17 sentyabr. TELEQRAF
Azərbaycanın Budapeştdəki səfiri Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan Xarici İşlər Nazirliyinin Protokol rəhbəri Mariann Syuçə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Esmira Cəfərova sosial media hesabında paylaşım edib.
Səfir qarşılanmaya görə təşəkkürünü bildirib.