BAKI, 24 avqust. TELEQRAF

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında potensial perspektivli sahələr üzrə aeroelektromaqnetik geofiziki tədqiqat işlərinə 20 milyon manata yaxın vəsait xərclənəcək.

Teleqraf xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti bununla bağlı iki ayrı şirkətlə müqavilə imzalayıb.

″AT Geotech″ QSC ilə imzalanan müqavilənin dəyəri 12.614.890 manat, “ASG Helicopter Services” MMC ilə müqavilənin dəyəri isə 7.384.084 manat təşkil edir.