BAKI, 24 avqust. TELEQRAF
Gürcüstan Baş Prokurorluğu qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı ilə məhkum edilmiş keçmiş baş nazir İrakli Qaribaşviliyə qarşı korrupsiya ittihamı irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan baş prokurorunun müavini Amiran Quluaşvili məlumat verib.
O bildirib ki, sabiq baş nazirə qarşı külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb.
Qaribaşviliyə qarşı irəli sürülən ittiham 11 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.
Xatırladaq ki, İrakli Qaribaşvili 2013-2015-ci və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. 2026-cı ilin yanvarında o, qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın məlumatına görə, Qaribaşvili vəzifəli şəxslərə qanunla qadağan olunduğu halda gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olub.