BAKI, 24 avqust. TELEQRAF

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılmasının tərəfdarıyam və bunun baş verməsinə ancaq sevinərdim”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir 2026-2031-ci illər üçün hökumət proqramını təqdim edərkən bildirib ki, Ermənistan qarşıdakı beş il ərzində KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində deyil:

“Bilirəm ki, KTMT-də müzakirələr gedir, yeri gəlmişkən, təşkilatın nizamnaməsi də bunu nəzərdə tutur, ölkəni təşkilatdan çıxarmaq mümkündür. Əgər təşkilat Ermənistan Respublikasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından xaric etmək qərarına gəlsə, çox məmnun olaram. Ən azı bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edər”.