BAKI, 21 avqust. TELEQRAF
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda xalça və xalça məmulatlarının istehsalı 78 min kvadratmetr təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə istehsalda 41,1 dəfə artım qeydə alınıb.
Avqustun 1-nə ölkə üzrə sənaye müəssisələrinin anbarlarında 5,2 min kvadratmetr hazır məhsul ehtiyatı olub.