BAKI, 24 avqust. TELEQRAF
“Ukraynanın on minlərlə pilotsuz və ya robotlaşdırılmış sistemi cəbhədə son dərəcə təhlükəli missiyaları yerinə yetirir, artıq bunlar minlərlə hərbçinin həyatını xilas edib”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bizim dəniz dronlarımız da fəaliyyətdədir: düşmənin donanması var idi, indi isə metal qırıntısına çevrilir. Amma daha çox batırmalıyıq”, - dövlət başçısı vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanın logistikasını iflic edir, gəlirlərini azaldır:
“Artıq Moskva, Tuapse, Tula, Ryazan, Olenya, Omsk və Ukrayna ədalətinin çatdığı daha onlarla məntəqə minlərlə belə zərbəmizi görüb. Rusiya belə ədalətdən daha çox görməlidir. “Flaminqo”lar (raketlər) nadir növ deyil, kütləvi “quş” olmalıdır, onlar Rusiyada “qışlamalıdır”.