LƏNKƏRAN, 24 avqust. TELEQRAF
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
Teleqrafın Cənub bürosunun verdiyi xəbərə görə, Oqtay Əmənullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Bu gün o, kollektivə təqdim edilib.
Qeyd edək ki, Oqtay Əmənullayev bir neçə gün əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Oqtay Əmənullayev ötən ilin avqustundan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. 2020–2025-ci illərdə isə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib.