BAKI, 21 avqust. TELEQRAF

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.47% artaraq 4.593 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.41% bahalaşaraq 69.06 ABŞ dolları təşkil edib.