BAKI, 21 avqust. TELEQRAF

“Bitcoin” mayın 15-dən bəri ilk dəfə 79,5 min ABŞ dollarına yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Binance” platformasının məlumatlarında qeyd edilib.

Belə ki, kriptovalyutanın qiyməti 11%-dən çox bahalaşaraq 79,5 min dollara çatıb.

Eyni zamanda, “Ethereum”un (ETH) qiyməti 4,24% artaraq 2 389,89 dollara yüksəlib.