BAKI, 24 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, hökumətin 2026-2031-ci illər üçün proqramını parlamentə təqdim edərkən bildirib.
Baş nazir vurğulayıb ki, məsələ ilə bağlı müzakirələr kritik nöqtəyə çatdığı və yol xəritəsi hazırlana biləcəyi üçün referendum keçirmək məntiqlidir.
“Bu suallara cavab vermək üçün Ermənistan əvvəlcə Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etməlidir. Bu, mürəkkəb prosesdir və bu prosesə ən azından Avrasiya İqtisadi Birliyindən olan həmkarlarımızın çağırışına qulaq asaraq yaxın gələcəkdə başlayacağıq”, - Paşinyan əlavə edib.