BAKI, 21 avqust. TELEQRAF
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, İran və Oman arasında Hörmüz boğazında gəmiçiliklə bağlı danışıqlar uğurla başa çatsa belə, vəziyyətin daha da gərginləşməsi riski qalır.
Teleqraf xəbər verir ki, o, bu fikirləri News.ru -ya verdiyi müsahibəsində deyib.
"Fars körfəzindəki mövcud vəziyyəti kifayət qədər müntəzəm hücum mübadiləsi, dəniz blokadasının yenidən tətbiqi və böhranda iştirak edən tərəflərin sayının artması nəzərə alınmaqla "fasilə" adlandırmaq çətindir. Eyni zamanda, İran və Oman arasında Hörmüz boğazında naviqasiya ilə bağlı danışıqlar uğurla başa çatsa belə, vəziyyətin daha da pisləşməsi və gərginliyin artması riskləri qalmaqdadır", - deyə o, bildirib.