BAKI, 21 avqust. TELEQRAF

Azərbaycanın UEFA ölkələr reytinqindəki yeri dəyişməz qalıb.

Teleqraf xəbər verir ki, ölkəmiz 21.937 əmsalla siyahının 26-cı pilləsində qərarlaşıb.

Azərbaycanın aktivinə son olaraq "Qarabağ" xal qazandırıb. Ağdam təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Niderlandın "Tvente" klubunu 1:0 hesabı ilə məğlub edib. Bu nəticə ölkə əmsalına 0.250 xal əlavə edib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubuna səfərdə 1:2 hesabı ilə uduzan "Sabah" isə reytinqə əlavə xal qazandıra bilməyib.

Siyahıda 22.843 əmsalı olan Sloveniya 25-ci, 20.625 xala malik Slovakiya isə 27-ci yerdədir.

UEFA reytinqinə 101.907 əmsalla İngiltərə başçılıq edir.