BAKI, 17 avqust. TELEQRAF
“ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə qeyri-rəsmi kanallar vasitəsilə təmasdadır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
“Onlar yaxşı poker oyunçularıdır, amma ölürlər,” - Tramp SEPAH haqqında danışarkən qeyd edib.
“Axios” bundan əvvəl mənbələrə istinadla Ağ Evlə SEPAH rəhbərliyi arasında qeyri-rəsmi rabitə kanalları barədə məlumat vermişdi.