BAKI, 13 avqust. TELEQRAF
Sabah Biləsuvarın bəzi yerlərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin, Biləsuvar şəhərinin "Təyyarə Meydanı" yaşayış massivinin və H. Əliyev prospektinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.