BAKI, 13 avqust. TELEQRAF

“İran İslam Respublikası müharibədə ən pis ssenarilərə hazırlaşır, düşmənin təcavüzü təkrarlanacağı təqdirdə buna daha sərt və daha aqressiv cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin müavini Rəsul Sənai-Rad yerli mediaya deyib.

“Döyüşçülərimizin əlləri tətikdədir, ən pis ssenarilərə hazır olmalıyıq. O qədər güclü olmalıyıq ki, istənilən hücuma istənilən formada və miqyasda cavab verə bilək. Bunun üçün müdafiə qabiliyyəti ilə yanaşı, hücum imkanlarına da malik olmalıyıq”, - o bildirib.