BAKI, 13 avqust. TELEQRAF

PSJ-nin ukraynalı müdafiəçisi İlya Zabarnı komanda yoldaşı Matvey Safonovu sosial şəbəkədə paylaşdığı fotodan silib.

Teleqraf xəbər verir ki, hadisə Paris klubunun UEFA Super Kubokunda “Aston Villa”nı 2:1 hesabı ilə məğlub etməsindən sonra baş verib.

Qarşılaşmada meydana çıxmayan Zabarnı oyundan sonra komandanın kubokla çəkdirdiyi fotonu paylaşarkən şəkli iki hissəyə bölüb və hər iki kadrı elə kəsib ki, rusiyalı qapıçı Matvey Safonov görüntüdə yer almayıb.

Maraqlıdır ki, ukraynalı futbolçu bir müddət sonra həmin fotoları paylaşımından silib.

Qeyd edək ki, Safonov “Aston Villa” ilə görüşdə 90 dəqiqə meydanda olub və qapısına yönələn 4 zərbədən 3-nü dəf edib.