BAKI, 13 avqust. TELEQRAF

Mütəşəkkil cinayətkar təşkilatlarının liderləri Ferhat Delen və Erdoğan Aykut Gürcüstanda saxlanılaraq Türkiyəyə təhvil verilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ferhat Delen qəsdən adam öldürmə, cinayət törətmək məqsədilə təşkilat yaratma, lisenziyasız odlu silah-sursat alma, daşıma və ya saxlama ittihamları üzrə “qırmızı bülleten”lə beynəlxalq axtarışda olub.

Erdoğan Aykut da silahlı quldurluq, Türkiyə vətəndaşının və ya əcnəbinin xaricə çıxmasına şərait yaratma və oğurluq ittihamları üzrə “qırmızı bülleten”lə beynəlxalq axtarışda olub.