BAKI, 11 avqust. TELEQRAF

Baş nazir Nikol Paşinyan Ermənistanda akkreditə olunmuş ərəb dövlətlərinin fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Administrasiyası məlumat yayıb.

Baş nazir ərəb dövlətləri ilə münasibətlərin inkişafına və əməkdaşlığın dərinləşməsinə önəm verdiklərini, Ermənistan və ərəb ölkələri arasında güclü tarixi-mədəni əlaqələrin formalaşdığını vurğulayıb.

Regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş səylərə istinad edilib. Bu kontekstdə həmsöhbətlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit nəticəsində Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının əhəmiyyətini vurğulayıblar.

Regional kommunikasiyaların açılmasına yönəlmiş addımlar, o cümlədən TRIPP layihəsinin icrası barədə fikir mübadiləsi aparılıb.