BAKI, 11 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan Paşinyan Ədliyyə Nazirliyində işləməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ədliyyə naziri Srbui Qalyanın sosial şəbəkə səhifəsində şəxsi məlumatların qorunması üzrə qurumun yaradılması ilə bağlı keçirilən işçi görüşündən fotolar yayımlanıb. Fotolarda Şuşan Paşinyan da yer alıb.
Qeyd olunub ki, Şuşan Paşinyan bu yaxınlarda Almaniyanın Robert Boş Kollecini bitirib, bundan sonra isə rəfiqəsinin tədris mərkəzində ingilis dili müəllimi kimi çalışıb.