BAKI, 30 iyul. TELEQRAF

ABŞ və İran arasındakı münaqişə fonunda Səudiyyə Ərəbistanının ÜDM-i aprel-iyun ayları ərzində illik müqayisədə 4,8% azalıb ki, pandemiyadan bəri qeydə alınan ən kəskin rüblük azalma olub.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayib.

Cari ilin ikinci rübündə krallıqda müşahidə olunan iqtisadi tənəzzül Hörmüz boğazındakı blokadalar nəticəsində yaranan neft ixracı problemlərindən qaynaqlanıb.

Birinci rübdə 2,9%-lik artım qeydə alınmasına baxmayaraq, Səudiyyə Ərəbistanının neft sektorunun göstəriciləri 24,7% azalıb. Ölkədə neft hasilatı da aşağı düşüb.

BVF-nin proqnozlarına əsasən, Səudiyyə Ərəbistanının iqtisadi artım tempi 2026-cı ildə 1,7%-dək yavaşlayacaq. Hökumətin prioritetinə çevrilən iqtisadi şaxələndirmə layihələrinin həyata keçirilməsi sayəsində 2027-ci ildə artımın 5,5%-dək sürətlənəcəyi gözlənilir.