BAKI, 31 iyul. TELEQRAF

“Vahid Milli Hərəkat” yenidən hakimiyyətə qayıda bilməyəcək, cəmiyyət bu partiyaya hələ 2012-ci ildə qəti şəkildə “yox” deyib”.

Teleqraf xəbər verir ki, bunu “Gürcüstan naminə Qaxariya” partiyasının üzvü və deputat Giqa Parulava bildirib.

O qeyd edib ki, cəmiyyət bu qərarı “Vahid Milli Hərəkat”ın özünü ən güclü hesab etdiyi dövrdə verib.

“Milli Hərəkat” hakimiyyətə qayıda bilməyəcək, məsələ tamam başqa cürdür. Hətta onların öz seçiciləri də partiya daxilində baş verən çəkişmələrdən yorulub. Mixeil Saakaşvili yeganə məhkumdur ki, məhkəmə zalından yayımlanan videoları və müraciətləri vasitəsilə siyasi müşavirələr keçirir. Bu gün “Milli Hərəkat” öz ritorikası, narrativi, gündəliyi və fəaliyyəti ilə birbaşa “Gürcü Arzusu”nun təbliğatına xidmət edir və tərəflər bir-birini gücləndirirlər. Bu partiya 2012-ci ildən bəri böhran yaşayır”, - Giqa Parulava bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifətinin liderlərindən biri Nanuka Jorjoliani bundan əvvəl sabiq prezident Mixeil Saakaşvilinin mümkün hakimiyyətə qayıdışından danışıb.

“Əgər Mişa siyasətə qayıtdığını elan etsə, “Vahid Milli Hərəkat”ın əsas siyasi fiquruna və baş nazirliyə namizədinə çevrilsə, bu, oyunun qaydalarını sadələşdirəcək”, - müxalif siyasəti vurğulayıb.