BAKI, 31 iyul. TELEQRAF
Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan Ryazan zavodu Ukraynanın dron hücumundan sonra xam neft emalını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Ryazan neft emalı zavodu çərşənbə günü fəaliyyətini dayandırıb. Bağlanmanın təxminən iki həftə davam edəcəyi gözlənilir”, - agentliyin mənbələri bildiriblər.