BAKI, 31 iyul. TELEQRAF
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə “Qarabağ” arasında keçiriləcək oyunun hakim təyinatları bəlli olub.
Teleqraf xəbər verir ki, qarşılaşmanı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək.
Ona həmyerliləri Steffen Bramsen və Viktor Skütte kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək.
VAR hakimi Yakob Kelet, onun köməkçisi isə Yens Maae olacaq.
Morten Kroq daha əvvəl “Qarabağ”ın 2 oyununda baş hakim olub. Ağdam təmsilçisi 2021-ci ildə UEFA Konfrans Liqasının qrup mərhələsində “Omoniya” ilə 2:2 hesablı heç-heçə edib, 2024-cü ildə isə UEFA Avropa Liqasının pley-offunda səfərdə “Braqa”ya 4:2 hesabı ilə qalib gəlib.
Danimarkalı referi 2018-ci ildə “Arsenal” - “Qarabağ” (1:0) matçında əlavə köməkçi hakim kimi də çalışıb.
"Qarabağ" - "Dinamo" oyununu isə ingiltərəli FIFA referisi Stüart Ettuell idarə edəcək.
Ona həmyerliləri Yan Hussin və Nik Qrinhəlq kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Luis Smit yerinə yetirəcək.
VAR hakimi Piter Benks, onun köməkçisi isə Ceyms Bell olacaq.
Qeyd edək ki, ilk görüş Polşanın Lyublin şəhərindəki “Arena Lyublin” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 13-ü, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.