BAKI, 31 iyul. TELEQRAF

İyulun 31-də Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev isə “Heydər Əliyev” ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim etdi.