BAKI, 30 iyul. TELEQRAF

İyulun 1-nə xarici dövlət borcu portfelinin 30 faizini və ya 1.387,3 milyon dollarını beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edib.

Teleqraf xəbər verir ki, bu il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcunun 29,5 %-ni beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edirdi.

Onu da qeyd edək ki, 310,7 milyon dollar avrobondun ödəniş müddəti 2029-cu ildə, 1,076 milyon dollar avrobondun ödəniş müddəti isə 2032-ci ildə yekunlaşır.