BAKI, 27 iyul. TELEQRAF

Yaponiya Baş naziri Sanae Takaiçi iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Şimali Koreya lideri Kim Çen Inla görüşə hazırdır.

Teleqraf xəbər verir ki, o, bunu mətbuat konfransında bildirib.

1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları məsələsindən danışan Takaiçi baş nazir vəzifəsində olduğu müddətdə bu məsələni həll etmək istəyini vurğulayıb.

“Qəti şəkildə başa düşürəm ki, vaxt itirməyə dəyməz. Səlahiyyət müddətim ərzində irəliləyiş əldə etmək və bu məsələni nəyin bahasına olur-olsun həll etmək istəyirəm. Bu qətiyyətlə Sədr Kim Çen Inla sammit də daxil olmaqla, heç bir variantı istisna etmədən qaçırılma məsələsini mümkün qədər tez həll etmək üçün səylərimi davam etdirmək niyyətindəyəm”, - Yaponiya Baş naziri əlavə edib.