BAKI, 24 iyul. TELEQRAF
Cari ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınmaqla onların 90,7 %-nin açılması təmin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.
Məlumata görə, ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib.
Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.