BAKI, 24 iyul. TELEQRAF

Prokurorluq orqanları tərəfindən 563 apellyasiya və 155 kassasiya protestləri verilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.

Məlumata görə, 355 apellyasiya və 55 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmələr tərəfindən yol verilmiş hüquqi xarakterli uyğunsuzluqlar aradan qaldırılıb.