BAKI, 24 iyul. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Çin xarici işlər naziri Van Yini qəbul edib.
Teleqraf xəbər verir ki, görüşdə ticari-iqtisadi əməkdaşlığın inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Görüşün yekununda tərəflər Qırğızıstan–Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi, siyasi dialoqun genişləndirilməsi və hər iki dövlətin və xalqların maraqlarına cavab verən birgə layihələrin həyata keçirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.