BAKI, 24 iyul. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Nazarbayev Özbəkistan liderini ad günü münasibətilə təbrik edib.
Söhbət zamanı bildirilib ki, Özbəkistan-Qazaxıstan dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri yüksək səviyyəyə çatıb və bütün prioritet sahələrdə çoxşaxəli əməkdaşlıq sürətlə inkişaf edir.