BAKI, 2 iyun. TELEQRAF
Müqavilə öhdəliyinə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a ötürülməsi prosesi iyulun 1-də tamamlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu, müqavilə öhdəliyidir:
“Bu, BP-nin aktiv satışı deyil. Bu, sadəcə müqavilə şərtinin yerinə yetirilməsidir. SOCAR-ın operator olmasını görməkdən çox məmnunuq. SOCAR bu boru kəmərini çox yaxşı idarə etmək üçün kifayət qədər təcrübəyə və imkanlara malikdir. Buna görə də bu bizi sevindirir. Bakı-Supsa kəmərinin operarorluğunun ötürülməsi üzrə işlər də davam edir”.