BAKI, 1 iyun. TELEQRAF

Azərbaycan ötən qışın ən çətin dövründə Ukraynanın dayanıqlılığının təmin olunmasına xüsusilə mühüm töhfə verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.

“Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel avadanlıqları və digər həyati əhəmiyyət daşıyan texniki vasitələr təqdim ediblər.

Bu dəstək qışı uğurla keçirməyimizə kömək etdi. Bu gün isə növbəti qış mövsümünə hazırlıq işlərində bizə dəstək olur.

Ümumilikdə, genişmiqyaslı müharibə dövründə Azərbaycan Ukraynaya enerji sahəsində 11 yardım paketi təqdim etdiyini açıqlayıb. Buna görə Prezident İlham Əliyevə və nazir Pərviz Şahbazova dərin minnətdarlığımızı bildiririk. Biz bu dəstəyi yüksək qiymətləndirir və buna görə səmimi təşəkkürümüzü ifadə edirik.

Bu həmrəylik bizim üçün çox dəyərlidir. Ortaq maraqlarımızın düzgün anlaşılması əməkdaşlığımızı və qarşılıqlı dəstəyimizi inkişaf etdirməyə davam edir”, deyə o qeyd edib.