BAKI, 20 fevral. TELEQRAF

Nyu-York birjasında qızılın qiyməti 5000 dolları keçib.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.35% azalaraq 5015 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.49% bahalaşaraq 78.01 ABŞ dolları təşkil edib.