BAKI, 19 fevral. TELEQRAF

Xocavəndin Güneyçartar kəndində fərdi yaşayış evlərinin təmiri üçün 1,7 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti evlərin tikintisini “AZFEN-NN” Tikinti Təmir Quraşdırma MMC-yə həvalə edib.

Şirkətə 5049 kvadrat-metrlik 30 evin təmiri üçün 1 milyon 767 min 11,13 manat ödənilib. Təmir işlərinin cari ilin aprelində yekunlaşması nəzərdə tutulur.

Qeyd edək ki, “AZFEN-NN” Tikinti Təmir Quraşdırma MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Nofəl Həsənovdur.