BAKI, 18 fevral. TELEQRAF
Ötən il “SOCAR Polymer"in Yüksək Sıxlıqlı Polietilen (YSPE) Zavodu 76 min ton məhsul ixrac edib.
Teleqraf “SOCAR Polymer"ə istinadən xəbər verir ki, zavodda 2025-ci ildə 97 min ton məhsul istehsal edilib.
Müəssisənin illik istehsal gücü 120 min ton təşkil edir. İstehsalın 22%-i yerli bazarlara satılır, 78%-i isə Türkiyə və Avropa bazarlarına yönəldilir. YSPE məhsulları hazırda 14 ölkəyə ixrac edilir.
Qeyd edək ki, zavodda istehsal olunan YSPE məhsulları plyonka istehsalı, su və qaz nəqli üçün təzyiqli borular, istehlak malları, kimyəvi maddələr üçün konteynerlər, eləcə də metal borular üçün örtüklərin hazırlanması kimi müxtəlif sahələrdə istifadə olunur. Müəssisə 2019-cu il fevralın 18-də istismara verilib.