BAKI, 18 fevral. TELEQRAF
BP şirkəti indiyədək Azərbaycanda öz tərəfdaşları ilə birlikdə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub.
Bu barədə Teleqraf-a "BP-Azerbaijan"dan məlumat verilib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.