BAKI, 18 fevral. TELEQRAF

Dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyinin ekspozisiya zallarını muzeyin rəsmi internet səhifəsi (surakhanishipmuseum.az) vasitəsilə artıq 360 dərəcəlik virtual turla kəşf etmək mümkündür.

Bu barədə Teleqraf-a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.

Bildirilib ki, rəqəmsal həll ziyarətçiyə real tur təəssüratı bağışlayır və dənizçilik tariximizi dərindən araşdırmağa, o cümlədən interaktiv və informativ panellər, unikal eksponatlar və maketlərlə yaxından tanış olmağa imkan verir.

Virtual tur fiziki məhdudiyyətləri olan şəxslər, habelə muzeyi canlı ziyarət edə bilməyən xarici və yerli turistlər üçün maneəsiz mühit yaradır.