BAKI, 17 fevral. TELEQRAF

Təhsil sektoru isitisna olmaqla 2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiq edildiyi sahələr üzrə strateji planlar əhatəli deyil.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" rüblük bülletenində qeyd olunub.

Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunan Strateji Planda yalnız həmin Nazirliyi əhatə edən tədbirlər yer alıb. Sektorda fəaliyyəti olan digər təşkilatlar (Əmlak Məsələləri Dövlət Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Yerli icra hakimiyyəti orqanları, “Təmiz Şəhər” ASC və s.) üzrə strateji hədəflər, proqram və tədbirlər əks olunmayıb.

“Kənd təsərrüfatı” və “Sosial müdafiə və sosial təminat” sektorları üzrə müvafiq olaraq həmin sektorda icraçı təşkilat olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində "Regional Su Meliorasiya Xidməti" PHŞ, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə strateji hədəflər, proqram və tədbirlər əks olunmayıb.

Nəticəyönümlü büdcə mexanizmləri institusional baxımdan tam formalaşmayıb, strateji məqsədlərlə maliyyə planlaşdırması arasında inteqrasiya zəifdir, indikatorların keyfiyyəti və məlumatların uyğunluğu yenilənməyə ehtiyac duyulur.