BAKI, 17 fevral. TELEQRAF

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Azərpoçt” MMC-yə ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” beynəlxalq sertifikatı rəsmi qaydada təqdim olunub.

AZSTAND-dan Teleqraf-a verilən məlumata görə, İnstitutun İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən həyata keçirilmiş audit nəticələrinə əsasən, “Azərpoçt” MMC-nin göstərdiyi poçt xidmətlərinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təşkili təsdiq edilib.

Bundan əlavə, iki qurum arasında sertifikasiya prosesi və nəticələrinə həsr olunmuş görüş keçirilib. Bu çərçivədə keyfiyyətin idarə olunması və qarşıdakı dövrü əhatə edən sertifikasiya proqramlarına dair müzakirələr aparılıb, əməkdaşlıq perspektivləri və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.