BAKI, 17 fevral. TELEQRAF

Azərbaycan 2026-cl ilin yanvarında 14 milyon 194.42 min ABŞ dolları dəyərində 45 min 34.30 ton azot gübrəsi ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkədən azot gübrəsinin ixracında 38,74% azalma olub. Dəyər ifadəsində isə 32,58% azalma qeydə alınıb.

Xatırladaq ki, 2024-cü ilin yanvarında Azərbaycandan 21 milyon 52.87 min dollar dəyərində 73 min 514.40 ton azot gübrəsi ixrac edilmişdi.

Ötən il ümumi ixracın 0.63%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5.29%-i azot gübrəsinin payına düşüb.