BAKI, 16 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayında Azərbaycandan Ermənistana 2 milyon 403,57 min ABŞ dolları həcmində məhsul ixrac olunub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ölkənin ümumi ixracının 0,11 faizini təşkil edib.
Qeyd edək ki, yanvarın 11-də Azərbaycandan Ermənistana 979 ton "Aİ 92" markalı avtomobil yanacağı göndərilib. Yanvarın 9-da 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük göndərilib. Ötən il dekabrın 18-də isə bu ölkəyə 1220 ton "Aİ-95" markalı avtomobil yanacağı göndərilmişdi.