BAKI, 16 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayında Azərbaycan xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 3 milyard 538.06 milyon ABŞ dolları təşkil edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkə üzrə ixrac 26,4% azalaraq 2 milyard 235.85 milyon ABŞ dolları olub. İdxal isə 36,6% artaraq 1 milyard 302.21 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 933.63 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 5,32% azdır.