BAKI, 13 fevral. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşıma xidmətində məmnuniyyət səviyyəsinin artdığını açıqlayıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, müstəqil sorğu şirkəti ilə əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri ADY-nin sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldiyini göstərir.

Rəsmi məlumata görə, aparılmış sorğular zamanı yüksək məmnuniyyət göstəriciləri qeydə alınıb. Belə ki, əyani sorğularda məmnuniyyət səviyyəsi 84,3%, rəqəmsal sorğularda 78,8%, korporativ müştərilər arasında keçirilmiş sorğuda isə 100% təşkil edib.

"Bizimlə yola çıxan hər bir sərnişinimizə təşəkkür edir, yeni səfərlərdə görüşməyi səbirsizliklə gözləyirik", - məlumatda deyilir.