BAKI, 13 fevral. TELEQRAF

Avropa İttifaqının 2025-ci ildə Rusiyadan qaz alışı əvvəlki illə müqayisədə 13,2% azalaraq 13,2 milyard avroya enib.

Teleqraf xəbər verir ki, Bu barədə Aİ-nin statistika qurumu “Eurostat”ın məlumatlarında qeyd olunub.

Məlumata görə, 2025-ci ildə Rusiyadan 5,8 milyard avroya təbii qaz, 7,4 milyard avroya isə mayeləşdirilmiş təbii qaz (LNG) alınıb.

Dekabrda Aİ ölkələri Rusiyadan alınan LNG-yə 575 milyon avro ödəyib ki, bu da 2025-ci ilin iyulundan bəri ən yüksək göstəricidir. Əsas idxalçılar Fransa (227 milyon avro), İspaniya (145 milyon avro) və Belçika (134 milyon avro) olub. Niderland isə Rusiyadan 40 milyon avroluq LNG alıb. Həmin ay Aİ Rusiyadan təbii qaz idxalına da 407 milyon avro xərcləyib.