BAKI, 13 fevral. TELEQRAF

2026-cı ildə qlobal neftə tələbatı gündəlik 850 min barel artacaq.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında qeyd edilib.

Məlumata görə, ötən il bu göstərici 770 min barel/gün səviyyəsində olub. 2025-ci ildə olduğu kimi, artımın tamamı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrin payına düşəcək və ölkələr üzrə artımda Çin lider mövqedə olacaq. Bildirilir ki, bu il artımın yarıdan çoxu neft-kimya xammalı məhsullarının hesabına formalaşacaq. 2025-ci ildə artımın cəmi üçdə biri bu seqmentin payına düşmüş, əsas artım nəqliyyat yanacaqları hesabına təmin olunmuşdu.

Agentliyin proqnozuna görə, 2026-cı ildə qlobal neft hasilatının 2,4 milyon barel/gün artaraq 108,6 milyon barel/gün olacağı gözlənilir. Artım qeyri-OPEC+ və OPEC+ ölkələrinin payına düşəcək.