BAKI, 13 fevral. TELEQRAF
Avropa ölkələrinin yeraltı qaz anbarlarında qaz ehtiyatlarının səviyyəsi açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Bildirilib ki, Macarıstanın yeraltı qaz anbarlarındakı ehtiyatlar 40%-dən aşağı düşüb. Fevralın 11-i vəziyyətinə ölkənin yeraltı qaz anbarlarında doluluq səviyyəsi 39,73% təşkil edib.
Digər Avropa ölkələrinin yeraltı qaz anbarlarında doluluq səviyyəsi *Almaniyada 25,2%, Fransada 25,7%, Avstriyada 40,8%, İtaliyada 52,3%, Niderlandda isə 17,6% təşkil edir.
Digər ölkələrdə vəziyyət belədir: Slovakiya – 35,3%, Çexiya – 39,2%, Rumıniya – 43,8%, Bolqarıstan – 48,6%, Belçika – 26,2%, Danimarka – 31,7%, Latviya – 24,2%, Xorvatiya – 16,5%.
Macarıstan hazırda da əsasən Rusiyadan boru kəmərləri vasitəsilə qaz almaqda davam edir. Tədarük “Türk axını” qaz kəməri və onun Bolqarıstan və Serbiya üzərindən keçən qolları ilə həyata keçirilir. Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, 2025-ci ildə ölkəyə **Rusiya**dan 7 milyard kubmetrdən çox təbii qaz idxal olunub.
Qeyd edək ki, ötən mövsüm 2025-ci ilin martın 28-də başa çatıb. Həmin vaxt ehtiyatlar 33,57% təşkil edirdi. Hazırda anbarlar 35,21% doludur. Bir il əvvəl bu göstərici 47,2% təşkil edirdi. Oktyabrın 13-də başlayan istilik mövsümündən bu yana Avropa ölkələri anbarlardan 58 milyard kubmetrdən çox qaz çıxarıb. xalis qaz çıxarılması (qazın çıxarılması və vurulması həcmləri arasındakı xalis fərq) 52 milyard kubmetrə çatıb ki, bu da yayda vurulan həcmin təxminən 96,5%-ni təşkil edir.