BAKI, 13 fevral. TELEQRAF

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.96% artaraq 4996 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.87% bahalaşaraq 77.10 ABŞ dolları təşkil edib.